Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Hindistan Pakistanla sərhədi boşaldır – Yeni müharibə ehtimalı

Sentyabr 30
17:30 2016

Hindistan Pakistanla sərhəddə yaşayan 10 min nəfər əhalini öz kəndlərindən köçürüb.

Selefxeber.az-ın “Axar.az”a istinadən xəbərinə görə, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

Agentlik rəsmi Dehlinin bu addımı atmasına əsas səbəb kimi Pakistanla müharibənin başlanma ehtimalının olmasını göstərib.

Sərhəd kəndlərdən köçürülən əhali hökumət binaları, mehmanxanlarda yerləşdirilib. Cammu və Kəşmir ştatlarında sərhəddən 15 kilometr məsafədəki bütün obyektlər boşaldılıb.

Qeyd edək ki, Kəşmirdə 2003-cü ildən atəşkəs hökm sürür. İki ölkə arasında son toqquşma 1999-cu ildə Karqil savaşı zamanı olub. Hər iki tərəf bu savaş zamanı 500 nəfərdən çox itki verib.

Son günlər Hindistanla Pakistan arasında münasibətlərin pisləşməsinə səbəb iki Pakistan əsgərinin öldürülməsi olub. Rəsmi Dehli həmçinin İslamabadı Kəşmirdə qeyri-stabillik yaratmaqda günahlandırıb. Pakistan isə müharibə başlayacağı təqdirdə Hindistanı nüvə silahı ilə məhv edəcəyini açıqlayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.” (Müqəddəs Quran, “Ənfal” surəsi, 61-ci ayə)

Biz də qardaş Pakistan xalqına sülh və əminamanlıq arzu edirik.

Digər xəbərlər