Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Hindistanda antiterror idarəsi qarşısında terror aktı

Noyabr 11
17:51 2014

“Qafqazinfo”-nun APA-ya istinadən verdiyi xəbərə görə, Hindistanın Kəlküttə şəhərində antiterror idarəsi qarşısında partlayış baş verib.

İnsident binanın yanındakı mühafizə postundan 50 metr aralıda qeydə alınıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Qeyd olunur ki, Hindistanın Milli Təhqiqat Agentliyinin (NİA) binasında Banqladeşin baş naziri Şeyx Hasinə qarşı sui-qəsd planlaşdırmaqda şübhəli bilinənlər saxlanılır.

Sui-qəsd cəhdinin üstü oktyabrda Hindistan kəşfiyyatçıları tərəfindən açılmışdı.

 Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər