Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Hindistanda vəhşi dini ayin qadağan edildi

Sentyabr 04
17:08 2014

“Bizimyol.info” azadxeber.net saytına istinadən yazır ki, Hindistanda bir məhkəmə uzun illərdən bəri mövcud olan dini ayinlərdə heyvan qurban kəsmə adətini qadağan edib. Qadağaya səbəb kimi isə heyvanın ayaq üstə, iri bıçaqlarla kəsilməsinin qəddarlıq və barbarlıq olması göstərilib.

Himakal Pradeş əyalətində Ali Bölgə Məhkəməsi polis və digər rəsmilərdən Hindistanda olan məbədlərdəki keçilərin əyalət səviyyəsində öldürülməməsini istəyib.

Rəsmi qərarda, “Heç bir şəxs əyalətin hər hansısa bir yerində heyvanı qəddarcasına qurban edə bilməz. Buna əyalətə bitişik ərazilər və binalar da daxildir. Bu cür öldürmə heyvanlara böyük ağrılar və əzablar yaşadır.

Heyvanların barbarcasına bir tanrı, ya da ilahınin qəzəbinin qarşısını almaq üçün qurban edilməsinə icazə verilə bilməz” – deyə, bildirilib.

“De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür”.”

Müqəddəs Quran, “Ənam” surəsi, 162-ci ayə

Digər xəbərlər