Hizbullah Əsəd üçün ordu göndərdi
1. 716 dəfə baxılıb
Hizbullah Palmiranın İŞİD-dən azad edilməsi üçün Suriyaya böyük sayda hərbi qüvvə göndərib.
Selefxeber.az-ın məlumatına görə Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Əl Məsdər” portalı özünün etibarlı mənbələrinə istinadən yayıb. Hizbullah döyüşçüləri T-4 aviabazasına toplaşıblar.
Qeyd edək ki, Livan Hizbullahı Suriya hakimiyyətinin əsas müttəfiqlərindən biri sayılır. Bu təşkilat Avropa, ABŞ və İsraildə terror təşkilatı kimi tanınır. Livanda böyük dayağa sahib olan Hizbullah əsas dəstəyini İrandan alır.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).