Hollandiyada Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) daha bir həqarət
1. 067 dəfə baxılıb
Hollandiyada müsəlmanlara düşmənliyi ilə tanınan, aşırı sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vildersin İslam əleyhinə internetdə yaydığı karikaturaları, ölkənin dövlət telekanalı da yayıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Hollandiyanın dövlət televiziyasında yayılan və Vildersin qısa açıqlaması ilə başlayan “film”də İslamı təhqir edən 9 rəzil karikaturaya yer verilib.
Qeyd edək ki, Vilders karikaturaların göstərildiyi bu “film”i şənbə günü video paylaşma saytı “Youtube”da yaymışdı.
Karikaturaları Hollandiya parlamentində nümayiş etdirilməsini istəyən Vildersin bu tələbi rədd edilib. Hollandiyanın dövlət telekanalının Vildersin bu rəzil “filmi”ni bir daha göstərəcəyi gözlənilir.
Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir, və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)
Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.