Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Husilər növbəti dəfə Səudiyyə Ərəbistanına raket atıb

Dekabr 01
17:48 2017

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan növbəti ballistik raketi vurub.

Selefxeber.az-ın “APA TV”-yə istinadən verdiyi xəbərə görə, raket Xamis-Muşayt şəhəri yaxınlığında vurulub.

Noyabrın 4-də Səudiyyə hərbçiləri Yəmən ərazisindən Ər-Riyad hava limanı istiqamətində atılan ballistik raketi vurmuşdu. Ümumilikdə, Yəməndə 2014-cü ildən davam edən münaqişə dövründə bu ölkənin ərazisindən Səudiyyə Ərəbistanı ərazisinə 78 ballistik raket atılıb.

🎬

Digər xəbərlər