Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İmam namazdan qayıdarkən qətlə yetirilib

Sentyabr 09
16:09 2015

Dağıstanda naməlum şəxslər Xasavyurt rayonunun Kuruş kənd məscidinin imamını güllələyiblər.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında, imam namazdan qayıdarkən baş verib.

Məhəmməd Xidirov adlı imamın öldürülməsinin təfərrüatları, eləcə də naməlum şəxslərin kimliyi müəyyənləşdirilir.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər