İngilis yazar: “Türkiyənin yox olmasını istəyirdik”
879 dəfə baxılıb
Biz Türkiyə dövlətinin qurulmasını istəmirdik. Lakin Ermənistan, Fələstin və kürd dövlətinin yaradılmasına çalışırdıq.
Bu barədə İngiltərənin “İndependent” qəzetinin Yaxın Şərq müxbiri Robert Fisk Türkiyənin “Aqos” qəzetinə müsahibəsində deyib. O, Türkiyə ilə bağlı tarixi fikirlər səsləndirib:
“Kürd problemi”nin Birinci Dünya müharibəsindən sonra ortaya çıxmasında bizim (İngiltərə) də payımız var. Birinci Dünya müharibəsinin məqsədlərindən biri Osmanlı imperiyasını, yəni “Avropanın xəstə adamı”nı yıxmaq idi. Türklər intihar edərcəsinə İttifaq Dövlətlərinə qoşulmuşdu və düşmən olduqları üçün məğlub olmaları lazım idi. Biz Türkiyə dövlətinin qurulmasını istəmirdik. Lakin Ermənistan, Fələstin və kürd dövlətinin yaradılmasına çalışırdıq. Türkləri qorumaq üçün heç nə etmirdik, çünki onlar bizim düşmənlərimizdi. Osmanlının son illərində insanlar İstanbulda pianino çalıb, bizim kimi olmaq istəyirdilər. Lakin biz onları məhv etdik. Onların Avropa mədəniyyətinin üzvü olmasını istəmədik. Birinci Dünya müharibəsindən sonra Livanı yaratdıq. Lakin kürdlərin, ermənilərin və fələstinlilərin dövləti olmadı. Məhz buna görə hazırda kürd problemi var”.
O, Türkiyə ilə ABŞ arasında əldə olunan “İncirlik” razılaşmasına da toxunub:
“ABŞ-ın qırıcılarını havaya qaldırması üçün “İncirlik” bazasına ehtiyacı yoxdur. Çünki ABŞ qırıcılarını hər yerdən uçura bilər. Bu “İncirlik” razılaşması olduqca qəribədir. Türkiyə hazırda PKK-ya qarşı İŞİD terror xəvaric qruplaşmasıyla müqayisədə daha aktivdir. Belə görünür ki, PKK günahsız polisləri və əsgərləri öldürməklə özünü ayağından vurdu. Türkiyə Şimali İraqda PKK düşərgələrini bombalamaqla nə etdiyini bilir. Çünki Türkiyə müstəqil ruha sahib bir dövlətdir. Bu təsadüfi deyil. ABŞ 2003-cü ildə Türkiyənin İraqı işğal etməsinə icazə verəcəyini zənn edirdi və hətta donanmasını İzmirə göndərmişdi. Lakin Türkiyə parlamenti yox dedi. Bu da Türkiyənin ərəb ölkələrində olmayan müstəqilliyə sahib olduğunu göstərir. Siyasi olaraq şübhə duyduğum şey bu razılaşma çərçivəsində Türkiyənin ABŞ-dan istifadə etməsidir”.
Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!