İngiltərə avtobuslarında “Sübhən Allah” sloqanları yazılacaq
1. 063 dəfə baxılıb
Böyük Britaniyanın rəmzlərindən sayılan məşhur ikimərtəbəli qırmızı avtobuslarda növbəti ay ərzində “Sübhən Allah” sloqanları yazılacaq.
“Sələf Xəbər”in “Daily Maile”-ə istinadən məlumatına görə, 6 iyundan başlayaraq 7 iyul tarixinə kimi davam edəcək Ramazan ərəfəsində bu tip sloqanlar yüzlərlə avtobus üzərində yazılmış olacaq.
Ramazan ayında fəaliyyətə başlayacaq və İngiltərənin London, Mançester, Birmingem, Bredford şəhərlərində keçiriləcək kampaniyaya “İslamic Relief” adlı müsəlman xeyriyyə təşkilatı sponsorluq edəcək.
Britaniya müsəlmanlarını Suriyadakı müharibə qurbanlarına humanitar yardım üçün ilhamlandırmaq məqsədilə nəzərdə tutulan kampaniya leyboristlər partiyasının nümayəndəsi və avtobus sürücüsünün oğlu olan Sadiq Xanın Londonun ilk müsəlman meri seçildiyindən tam 1 ay sonra başlayacaq.
“İslamic Relief” müsəlman xeyriyyə təşkilatının direktoru İmran Maddenin sözlərinə görə, tərtib olunan kampaniya sosial – xeyriyyə xarakterli məqsəd daşımaqla bərabər, həm də İslam dini haqqında ölkədə formalaşmış yanlış düşüncələri dəyişdirməkdə faydalı olacaq.
Lakin eyni zamanda ölkədəki bir qrup xristian icmaları keçiriləcək kampaniyaya qarşı indidən öz narazılıqlarını bildirib. Onlar Milad öncəsi kinoteatrlarda xristianların təklif etdiyi reklam- duaların sifarişinə qadağan qoyulmasını səbəb gətirərək, xristian ölkəsində xristianlara daha çox hüquqların verilməsini tələb ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)