İngiltərədə 7 yaşlı qız Quran hafizi olub
1. 088 dəfə baxılıb
İngiltərənin Luton şəhərində yaşayan 7 yaşlı Mariya Qurani-Kərim hafizi olub. Mariya Suriyalılar üçün maddi vəsait toplamaq məqsədilə yaradılan bir xeyriyyə qurumunun müsabiqəsində Qurani-Kərimin “Ya sin” surəsini əzbərləməyə başlayanda hələ 5 yaşı var idi. O, qısa bir müddətdən sonra yaşadıqları rayondakı mədrəsədə Quranın sonuncu cüzünü əzbərləməyə nail olub.
“Sələf Xəbər” 7news.az-a istinadən xəbər verir ki, anası Mariyanın bu qədər sürətlə hifz etdiyini gördükdə, onu Qurani-Kərimin hafizi etmək istədiyini bildirib. Yaşadıqları rayonda Qurani-Kərimin hifzi təhsilini verən bir kursun olmaması onu məyus edib. Bu səbəbdən anası Qurani-Kərimi əzbərləməsində qızına kömək etməyə qərar verib.
Anası bunun asan bir iş olmadığını, özünün və qızının nə qədər səbrli bir prosesdən keçdiklərini bu cür izah edir: “Allahın mənə bu işi lazımlı səviyyədə həyata keçirə bilməyim üçün səbr ehsan etdiyini düşünəndə, həm təsirlənir, həm də xəcalətli olurdum. Bu, heç də asan deyildi”.
Anası Mariyanın gündəlik 5 saatlıq ciddi bir proqram üzərində işlədiyini deyir: “Məktəbə getməzdən əvvəl öyrənməli olduğu yeni bilikləri mənimsəyir, məktəbdən sonrakı müddətdə öyrəndiklərini oxuyaraq təkrar edir, axşam yeməyindən sonra əzbərlədiyini nəzərdən keçirir, səhvləri var idisə, onları düzəldirdi”.
O, Mariyanı motivasiya etmək məqsədilə əzbərlədiyi hər hissə üçün kiçik hədiyyələr aldığını bildirib. Adətən ayıcıq kimi oyuncaqlar, rəngləmələr və ya restoranda nahar etmək kimi, sadə mükafatlar seçdiyini deyib.
Ananın söylədiyi bütün səylərlə birlikdə, iki il ərzində Mariyanın 7 yaşı olanda Qurani-Kərimi əzbərləyir. Qurani-Kərimin hifzini yoxlama mərasimində onun bu uğuru mükafatlandırılıb.
Anası Mariyanın bu uğurunun onu dünyanın ən qürurlu anasına çevirdiyini deyir. O, qızının bu öyrəndiklərini həmişə yaşaması üçün dua etdiyini bildirir.
Sələf Xəbər: Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Bütün dünyada milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) cildli halda 600-dən çox səhifəsi olan Quranı əzbər bilir (114 surədən (fəsil) və 6200-dən çox ayədən ibarət). Quranın əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu 2 ilə əzbərləyirlər (orta hesabla gündə 1 səhifə əzbərləməklə), bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs hətta 2-4 aya baş verir. Müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl, hələ Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə hələ bu günə qədər də böyük nəsildən kiçik nəslə ötürülür. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur. Beləliklə, Uca Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır. Dünyada heç bir dini kitabda insanların, müsəlmanları öz müqəddəs kitabını əzbər bildiyi kimi əzbər bildikləri bir dini kitab mövcud deyildir. Məsələn, dünyada xristianların sayı 2 milyardı keçsə də, hər hansı bir xristianın (əlbəttə ki, tam komissiya yoxlaması ilə, necə ki bu bütün Quran əzbərləmə mərkəzlərində baş verir) bütün İncili başdan-ayağa bilməsinin heç olmasa bir rəsmi bəyanatı barədə məlum deyildir. Və əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilsə və yer üzərindən silinsə, o zaman müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq səbəb ilə mümkün ola bilər! Lakin dünyada çox gənc, Quranın 600 səhifəsini də əzbər bilən hələ çox uşaq var. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzən bəzi ərəb ölkələrində fenomen şəklində bu hətta 3 yaşlı uşaqlarda da rast gəlinib.
Həmçinin, bir təəccüblü fakt da mövcuddur ki, Quranı əzbərləmiş yüz minlərlə mənşəcə ərəb olmayan insan var. Çoxlu sayda hafiz Türkiyədə və Şərqi Asiyanın müsəlman ölkələrində yaşayır.
Beləliklə bütün dünyada Quran əzbərləmə məktəbləri Uca Allahın bütün əsrlər boyunca Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumasının səbəblərindən biridir.
Quranı zikr üçün asanlaşdıran və onu hər hansı təhrif və dəyişiklikdən Qoruyan Allaha həmd olsun: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq”. (Qurani-Kərim, “Hicr” surəsi, 9-cu ayə)