Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İngiltərədə araşdırmanın gözlənilməz nəticəsi

Mart 09
20:52 2015

“Sələf Xəbər” “əl-Ənbə” saytına istinadən xəbər verir ki, on min ingiltərəli üzərində aparılan geniş araşdırmaya görə, onların əksəriyyəti ayaqyolundan çıxarkən əllərini yumurlar.

Orta Şərq xəbərlər agentliyinin dediyinə görə, araşdırmanın şokedici nəticələri ayaqyolundan çıxarkən kişilərin 62%-nin əllərini yumadıqlarını göstərir. Həmçinin, qadınların da 40%-i bu çirkin adətdə kişilərlə müştərək olduqlarını etiraf ediblər.

Bu araşdırma şəxsi təmizlik istehsalı şirkətlərindən birinin təmizliyin əhəmiyyətini bildirən kampaniyası çərçivəsində keçirilib. Həmin şirkət insanların təmizliyə riayət etmələri üçün ümumi ayaqyolularının qapılarında ekranlar yerləşdirib. Əgər ayaqyolundan çıxan kəs əlini yumazsa, həmin ekranlar xəbərdarlıq səsi çıxarır.

Sələf Xəbər: Sad ibn Əbu Vaqqas (Allah ondan razı olsun) atasından rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “Həqiqətən də, Allah-Təala pakdır və paklığı sevir. Təmizdir və təmizliyi sevir. Əliaçıqdır və əliaçıqlığı sevir. Səxavətlidir və səxavətliliyi sevir. Həyətlərinizi təmizləyin və (çirkinlikdə və xəsislikdə) yəhudilərə bənzəməyin”. (Tirmizi rəvayət edib)

Digər xəbərlər