Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İngiltərədə müsəlmanların sayı xeyli artıb

Fevral 14
17:20 2015

“Sələf Xəbər” “ər-Riyad” qəzetinə istinadən xəbər verir ki, İngiltərə və Walesdə olan müsəlmanların sayı 10 il ərzində ikiqat artıb. İngiltərə İslam Məclisinin statistik araşdırmalarına görə, 2001-ci ildə İslamı qəbul edənlərin sayı 1.55 milyon idisə, bu say 75% artaraq 2011-ci ildə 2.71 milyona çatıb.

Araşdırmaya görə, hal-hazırda müsəlmanların sayı İngiltərə və Walesin sakinlərinin 4.8%-ni, məktəb yaşlarında olan müsəlman uşaqların sayı isə 8.1% təşkil edir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)

“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə)
Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər