Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İngiltərədə oruc tutanlara qadağa

İyun 16
16:53 2015

“Sələf Xəbər”in Türkiyə mediasına istinadən məlumatına görə, İngiltərənin 4 ibtidai orta məktəbində təhsil alan müsəlmanlara oruc tutmaq qadağan edilib.

“Lion Academy” adlı xeyriyyə fonduna aid 4 ibtidai məktəblərdən biri olan Barclay məktəbi tərəfindən keçən həftə valideynlərə yazılı şəkildə belə bir qərarın alınması barədə məlumat verilib. Məktəbin direktoru Aaron Rayt yazdığı məktubda bildirir: “İslam hüququna görə, uşaqların Ramazan ayı boyunca oruc tutma zəruriliyi olmadığını, yetkin olduqlarında oruc tutmaları lazım olduğunu öyrəndik”.

Aaron Rayt məktubunda bunun əsas səbəbini keçən Ramazanda oruc tutan bəzi şagirdlərin dərs zamanı özündən getməsi və xəstələnməsi ilə əsaslandırıb. O, məktubunda qeyd edib: “Keçən il oruc tutma müddəti 18 saatı keçirdi. Bu isə məktəbli uşağın susuz və qidasız keçirdiyi olduqca uzun bir müddətdir”.

Britaniya Müsəlman Birliyi isə bu qadağanı qınayaraq islamiyyətin oruc tuta bilməyəcək uşaqları onsuz da qoruduğunu vurğulayıb.

“Lion Academy” vəqfinin sədri Jastin James vəqfin rəsmi internet saytında mövzuyla bağlı yer alan məktubunda uşaqlarının oruc tutmasını istəyən valideynlərin məktəb müdiriylə bir araya gəlmələrini istəyib.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Uca Allah buyurur: “Adəmoğlunun bütün əməlləri özü üçündür. Oruc istisna olmaqla, o Mənim üçündür və onun da mükafatını Mən verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin. Məhəmmədin nəfsi Əlində olan Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur! Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşduqda orucuna görə sevindiyi gündür”. (Buxari və Müslim)

Digər xəbərlər