Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İngiltərədə Ramazan ayında Quran yarışması keçiriləcək

May 30
18:10 2017

Selefxeber.az xəbər verir ki, Böyük Britaniya İslam Mərkəzinin Feysbuk səhifəsində yaydığı məlumata əsasən, İyunun 10-da Londonda 19-cu Milli Qurani-Kərim müsabiqəsi keçiriləcək.

Müsabiqə İngiltərə İslam mərkəzinin Ramazan ayı proqramlarından sayılır. Yarışlar qiraət, hifz və təfsir olmaqla 3 hissədə iki gün ərzində keçiriləcəkdir.

Bu mərkəz, həmçinin iyunun 4-də Ramazan ayı münasibəti ilə İngiltərə İslam mərkəzi institutunun tələbələrinə xüsusi yarım hissə Quran hifzi müsabiqəsini də təşkil edəcək.

Mərkəzdə bundan başqa Ramazan ayı ərzində hər gün yerli vaxtla saat 17:30-da qadınlar üçün xüsusi Quran sinifləri, gənclər üçün xüsusi siniflər isə hər gün axşam namazından iki saat əvvəl keçiriləcək.

Digər xəbərlər