İngiltərəli aparıcı canlı yayında islamafobu belə susdurdu
950 dəfə baxılıb
İngiltərədə canlı yayıma zəng edərək bütün müsəlmanları “soxulcan” adlandıran islamafob tərəfdarı dinləyicini, tanınmış radioaparıcı lazımlı şəkildə yerində otuzdurub.
Londonun “LBC Radio” radiostansiyasına Cristo Fufas adlı aparıcının verlişinə zəng edən Rayan adlı bir dinləyici bütün müsəlmanları “soxulcan” adlandırıb.
Heyrətlənmiş aparıcı müsəlmanları təhqir edən dinləyicidən nə üçün belə bir mövqe tutduğunu izah etməsini xahiş edib. Zəng edən şəxs bütün müsəlmanları İŞİD xəvaric terror qruplaşması üzvləri ilə eyniləşdirdiyi halda, diğər dindən olan insanlara isə müsbət yanaşdığını qeyd edib.
Dinləyicinin məntiqsiz fikirlərini təmkinlə axıra qədər dinləyən aparıcı sonda ona gözəl bir şəkildə cavab verib.
“Mən təəssüf edirəm ki, Rayan, siz savadı və dünya görüşü olmayan bir insansınız. Siz bütün müsəlmanları ümumiləşdirərək kobudluq edirsiniz”. Aparıcı daha sonra sözünə belə davam edib: “Sizi xəstəxanada müalicə edən həkim bir müsəlmandır, övladlarınıza məktəblərdə təhsil verən müəllim bir müsəlmandır, tindəki alış-veriş etdiyiniz mağazadakı satıcı bir müsəlmandır. O müsəlmanlar ki, bütün ömrü boyu işləyir və Böyük Britaniyaya vergi ödəyirlər. Siz onları da “soxulcan” adlandırırsınız?!”.
Aparıcı bu sualından sonra da yenə öz fikrini təsdiqləyən islamafob dinləyiciyə “axmaq” olduğunu bildirərək onu xətdən ayırıb.
Mənbə: The Huffington Post
Sələf Xəbər: Uca Allah buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 186-cı ayə)
“Kitab əhlindən və müşriklərdən isə onlar çoxlu xoşagəlməz sözlər eşitməli idilər – onları, onların dinini, Kitabını və Elçisini (Allahın ona salavat və salamı olsun) təhqir edəcəkdilər. Allah bu barədə mömin qullarına xəbər verir. Sınaqlar və aldanmalar onlara böyük fayda gətirir.
Birincisi, ilahi hikməti tələb edir ki, belə sınaqlar vasitəsilə həqiqi möminləri yalançılardan ayırsın.İkincisi, Allah Öz qulları üçün sınaqdan keçməyi öncədən müəyyən edir ki, onlara nemətlərini bəxş etsin, onları yüksəltsin, onların günahlarını yusun, imanını artırsın və etiqadını kamilləşdirsin. Allah möminlərə olacaq labüd çətinlikləri bildirir ki, onlar baş verdikdə möminlər Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) doğruçuluğuna əmin ola bilsinlər. Bununla əlaqədar Uca Allah buyurur: “Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı.” (Müqəddəs Quran, “Əhzab” surəsi, 22-ci ayə)
Üçüncüsü, Allah gələcək sınaqlar haqqında ona görə xəbər verir ki, möminlər öz talelərinə itaətkar olsunlar və qismətlərinə sınaqdan çıxmaq düşəndə lazımi qədər səbir edə bilsinlər, axı əgər onlar sınaqlara hazırlaşsalar, onlardan uğurla çıxmaq asan olar. Şübhəsiz ki, bundan ötrü onlar dözümlü, səbatlı və təqvalı olmalıdırlar. Onlar əmlakları və öz canları ilə bağlı sınaqlardan səbirlə keçməli, zalımların verdiyi əziyyətə mətinliklə sinə gərməli və bu zaman təkcə Allahdan qorxmalıdırlar.” (Bax “Təfsir Əs-Saadi”)