“İran İraqın işğalı üçün ABŞ-a yardım edib”
768 dəfə baxılıb
ABŞ-ın Səddam Hüseyn dövründə İraqdakı keçmiş səfiri Zalmay Xəlilzad yeni çapdan çıxmış şok doğuracaq iddialar irəli sürüb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Xəlilzad kitabında Vaşinqtonun 2003-cü ildə İraq işğalı öncəsi İranla gizli danışıqlar apardığını yazıb.
Xəlilzad kitabında ABŞ və İran arasında Cenevrədə keçirilən görüşlərdə Tehranın hava sahələrinə girən Amerika təyyarələrinə atəş açmama sözü verdiyini bildirib. Kitabda o dövrdə İranın BMT-dəki səfiri, hazırkı Xarici İşlər naziri Cavad Zərifin də bu danışıqlarda iştirak etdiyi yazılıb.
Danışıqların 2003-cü ilin aprelində Bağdadın işğalından sonra da davam etdiyini bildirən Xəlilzad, İraq hökumətinin qurulması ilə bağlı da Tehranla müəyyən razılığa gəldiklərini qeyd edib.
Kitabda Buş hökumətinin Tehranla danışıqları mayda bitirdiyi yazılır. Xəlizad, həmçinin Tehranın İraqın işğalı zamanı ABŞ-a müəyyən dəstəklər verdiyini də xatırladıb.
Xəlilzadın kitabından müəyyən hissələr “Nyu -York-Times” qəzetində dərc olunub.
Qeyd edək ki, Xəlilzad 2005-2007-ci illərdə ABŞ-ın İraqda səfiri vəzifəsində çalışıb.
Sələf Xəbər: Uca Allah buyurur: “And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa”. (Qurani-Kərim, “Əsr” surəsi)