İran səmasında gərginlik: Bolqarıstan prezidentinin təyyarəsinə icazə verilmədi
1. 146 dəfə baxılıb
Səudiyyə Ərəbistanına səfər edən Bolqarıstan Baş naziri Boyko Borisovun təyyarəsi İran hava məkanına buraxılmayıb.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə Bolqarıstanın Xarici İşlər naziri Yekaterina Zahariyeva məlumat verib.
Onun sözlərinə görə, Tehranın bu qərarından sonra Türkiyə qırıcıları məsələyə müdaxilə edərək, baş nazirin təyyarəsinin İraq hava səmasından Səudiyyəyə keçməsini təmin edib.
XİN rəhbəri bildirib ki, məsələ ilə bağlı İranın Bolqarıstandakı fövqəladə işlər üzrə vəkili XİN-ə çağırılıb.
“İran Hərbi Hava Qüvvələrində sözügedən təyyarədə baş nazirin olduğu barədə məlumat olmayıb. İran tərəfi təyyarənin öncədən müəyyən olunmuş marşrutdan kənara çıxdığını müəyyən edərək həmin təyyarənin hava məkanını tərk etməsini əmr edib”, – nazir qeyd edib.