Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İran Səudiyyə Ərəbistanını təhdid edib

May 08
18:05 2017

İran Səudiyyə Ərəbistanının düşünülməmiş addım atdığı halda, müqəddəs məkanlar – Məkkə və Mədinə istisna olmaqla, krallığın ərazisinə zərbələr endirəcək.

Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” “Life”a istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri Hüseyn Dehxan bəyan edib.

“Əgər səudiyyəlilər düşünülməmiş addım atarlarsa, ölkə ərazisində Məkkə və Mədinə istisna olmaqla salamat yer qoymayacağıq. Onlar hərbi-hava qüvvələri olduğu üçün hər şey edə biləcəklərini düşünürlər”, – Dehxan deyib.

“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ben Salmanın İran ilə döyüşə hazır olmağa dair sözlərindən sonra İranın müdafiə naziri bu bəyanatla çıxış edib.

Digər xəbərlər