İran vətəndaş müharibəsinə doğru: Onlar da küçələrdə
2. 578 dəfə baxılıb
İranda hakimiyyəti dəstəkləyən on minlərlə insan bu gün səhər saatlarında küçələrə çıxıb.
Selefxeber.az-ın məlumatına görə, “Publika.az” xəbər verir ki, ölkənin ən böyük şəhərlərində hakimiyyətə dəstək nümayişləri keçirən insanlar “Liderimiz, biz hazırıq!”, “Rədd olsun ABŞ”, “Rədd olsun Səudiyyə Ərəbistanı” və “Rədd olsun fitnəçilər!” kimi şüarlar səsləndiriblər.
Nümayişçilər polislərdən də onlara qatılmasını istəyib. Nümayişlərin ölkənin ali dini lideri Xameneinin “İranın düşmənləri savaş çıxarmaq istəyir” şəklindəki bəyanatından sonra başlaması diqqət çəkir.
Ekspertlər hesab edir ki, İranda hakimiyyət əleyhdarları ilə tərəfdarlarının toqquşma ehtimalı olduqca böyükdür. Bu toqquşmaların hətta vətəndaş müharibəsi ilə nəticələnə biləcəyi proqnozlaşdırılır.
İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başladığı etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəni bürüyüb. 25-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.
Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilir, ali dini lider Xameneinin istefaya getməsi istənilir. Kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir.
Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.
Görkəmli İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Bululuğ al-Məram”).
Bununla əlaqədar olaraq, İslam müsəlman-rəhbərə qarşı üsyan etməyi və müxalifətdə olmağı qəti surətdə qadağan edir, hətta əgər həmin rəhbər insanlara əzab verir və ədalətsiz hökm edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hökmdara qulaq as və tabe ol. Hətta əgər o sənin kürəyinə vuracaq və sənin əmlakını götürəcəksə belə, ona qulaq as və tabe ol.” (Muslim).