Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İrana casusluq edən 15 diplomat edam olunacaq – Səudiyyə qərar Verdi

İyun 14
17:53 2017

Selefxeber.azTeleqraf.com”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Cəza Məhkəməsi İranın xüsusi xidmət orqanlarına işləyən 32 nəfərdən ibarət casus şəbəkəsinin üzvlərinə hökm çıxarıb.

Şəbəkə üzvlərindən 30-u Səudiyyə Ərəbistanının vətəndaşı, 1-i iranlı, digəri isə əfqandır.

Məhkəmənin hökmü ilə İrana casusluqda günahlandırılan casus şəbəkəsi üzvlərindən 15-i edama, 15-i isə uzunmüddətli həbsə məhkum edilib, 2 nəfərə bəraət verilib.

Bildirilir ki, İran kəşfiyyatı ilə əməkdaşlıqda günahlandırılan həmin şəxslərin əksəriyyəti ölkənin hərbi və diplomatik korpuslarında işləyib. Məhkəmə prosesi 10 ay davam edib.

Məhkəmənin bildirdiyinə görə, müttəhimlər ölkənin hərbi sahələrinə aid bir sıra mühüm sənəd və məlumatlar toplayaraq, İranın xüsusi xidmət orqanlarına, o cümlədən də ETTELAAT-a ötürüblər. Bu isə Səudiyyə Krallığının silahlı qüvvələrini və onun milli təhlükəsizliyini ciddi zərbə altında qoyub.

Digər xəbərlər