İranda dəhşət yaşanır: 18 ölü, 700 həbs – VİDEO
1. 545 dəfə baxılıb
İranda hakimiyyətə və dini rejimə qarşı etirazlar dünən gecə də davam edib.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, etirazların ən aktiv olduğu məkan yenə də paytaxt Tehrandır. Burada etiraz aksiyaları gecə saatlarına qədər davam edib. Etirazlar zamanı onlarla etirazçı həbs edilərək, naməlum istiqamətə aparılıb.
Kərəc, Əhvaz, Kirmanşah şəhərlərində, eləcə də Güney Azərbaycanın Həmədan əyalətinin Tuyserkan şəhərində də etirazlar davam edib. Tuyserkanda etirazçılar “Xameneiyə ölüm” şüarları səsləndiriblər. Etirazçılara odlu silahdan atəş açılıb. Atəş nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması barədə informasiya yayılıb.
***
İranda keçirilən etirazlarda daha iki nəfər həlak olub.
Bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Agentlik etirazçıların Xuzestan vilayətinin İza şəhərində həlak olduğunu bildirib.
“Assoşeyted Press” agentliyi isə İrandakı etirazlarda ən azı 10 nəfərin həlak olduğunu bildirib.
***
İran şəhərlərində baş verən aksiyalardakı qarşıdurmalarda ölənlərin sayı 12-ə çatıb.
Bu barədə “Assasiayted Press” İran dövlət kanalında yayımlanan kadrlara istinadla xəbər verib.
Ümumilikdə aksiyalarda 377 nəfər həbs edilib.
ABŞ Prezidenti Donald Tramp isə olayla bağlı növbəti dəfə açıqlamasında İranda dəyişiklik etməyin vaxtı çatdığını bildirib.
Qeyd edək ki, bundan öncə İranın Dorud şəhərində iki etirazçı həlak olmuşdu. Bundan başqa, Həmədan vilayətində də daha bir neçə etirazçının həlak olduğu haqqında informasiya yayılmışdı.
***
Aksiyalarda həlak olanların sayı 18 nəfərə yüksəlib.
“Th1an1” saytı etirazlar zamanı 300 nəfərin xəsarət aldığını, 700-dən çox adamın həbs edildiyini iddia edib.
Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.
Görkəmli İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Bululuğ al-Məram”).
Bununla əlaqədar olaraq, İslam müsəlman-rəhbərə qarşı üsyan etməyi və müxalifətdə olmağı qəti surətdə qadağan edir, hətta əgər həmin rəhbər insanlara əzab verir və ədalətsiz hökm edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hökmdara qulaq as və tabe ol. Hətta əgər o sənin kürəyinə vuracaq və sənin əmlakını götürəcəksə belə, ona qulaq as və tabe ol.” (Muslim).