Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İraq ordusu əməliyyata başladı: Kərkük azad edilir

Oktyabr 13
17:06 2017

İraq ordusu Kərkükün azad edilməsi üçün əməliyyata başlayıb.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi informasiya yayıb.
Məlumata görə, peşmərgə qüvvələri bəzi yerlərdə könüllü olaraq geri çəkilib. Tərəflər arasında hələlik heç bir qarşıdurma baş verməyib.

Suriya mətbuatı isə əməliyyatın İraq Kürd Muxtariyyətinə qarşı aparılmadığını iddia edərək, İraq ordusunun Kərkükə İŞİD-dən azad edilən ərazilərdə nəzarəti təmin etmək üçün daxil olduğunu bildirib.

Qeyd edək ki, bir qədər əvvəl İraq Kürd Muxtariyyətinin İraq ordusunun hər hansı hücumuna hazırlıq olaraq Kərkükə onminlərlə peşmərgə göndərdiyi açıqlanmışdı.

Digər xəbərlər