İraq ordusu Mosula daxil olub
1. 118 dəfə baxılıb
İraqın hökumət qüvvələri Mosulun İŞİD xəvaric terror qruplaşmasından azad edilməsi əməliyyatının başlamasından sonra şəhərin şimal yaşayış məhəllələrinə daxil olub.
Selefxeber.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, İraq ordusu Əs-Saad və Bauza rayonlarına nəzarəti əlinə alıb.
Həmçinin bildirilir ki, İraqın Hərbi Hava Qüvələri İŞİD-in bir neçə silah anbarını məhv edib. Ordu birləşmələri şəhərin şərq hissəsində zirehli tank birləşmələrinin dəstəyi ilə ekstremistlərin müqavimətini qıraraq şəhərin mərkəzinə doğru irəliləməkdə davam edirlər.
İraq Kürdüstanının Təhlükəsizlik Komitəsinin rəhbəri Masrur Bərzani bildirib ki, İŞİD pilotusz uçuş aparatlarından, həmçinin zəhərli maddəli uzaqvuran mərmilərdən və digər vasitələrdən istifadə edir. Bundan başqa terrorçular evlərdə zəncirvari partlayışlara səbəb ola bilən bombalar yerləşdirirlər.
Eləcə də, İraqın Federal Təhlükəsizlik polisi cənubdan Mosulun beynəlxalq aeroportuna doğru hərəkət edərkən Hamam əl-Əlili əyalətinə nəzarəti ələ alıb. “As-Sumariya” telekanalının məlumatına görə, Mosulun Aş-Şura qəsəbəsindəki həbsxanalarda İŞİD tərəfindən saxlanılan 1000 nəfərdən çox insan azad edilib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir:“Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”