İraq ordusu Mosulda yeni əməliyyata başlayıb
1. 098 dəfə baxılıb
İraq ordusu Mosulda bir neçə istiqamətdən İŞİD xəvaric terror təşkilatının mövqelərinə yeni hücumlara başlayıb.
Selefxeber.az-ın xəbərinə görə, APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, hücum şəhərin cənub-şərq hissəsində həyata keçirilir. “Hazırda hərbçilərimiz hücumdadır. İlk dəqiqələrdə onlar 500 metr irəliləyə bilib”, – deyə İraq Daxili İşlər Nazirliyindən bildirilib.
İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri İraq ordusunun Mosul şəhərinin 56 rayonundan 40-nı azad etdiyini deyib. O, dinc sakinlərə zərər verməmək üçün ehtiyatla hərəkət etdiklərini söyləyib.
Qeyd edək ki, oktyabr ayında 2014-cü ildə İŞİD qruplaşması tərəfindən ələ keçirilən Mosulun azad edilməsi əməliyyatı başlayıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”