İraq ordusundan hücum: Türkiyəni sevindirən xəbər
1. 175 dəfə baxılıb
İraq ordusu ABŞ-ın 2014-cü ilin sentyabrından etibarən YPG-yə silah-sursat və zirehli texnika göndərdiyi Yarubiyə sərhəd qapısını ələ keçirib.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, “Yeni Şəfəq” qəzeti bununla da ABŞ-ın YPG terrorçularına silah göndərdiyi yollardan birinin İraq ordusunun nəzarətinə keçdiyini yazıb.
ABŞ-ın YPG-ni təchiz etdiyi digər “terror qapısı” isə Semelkadır. İraq qüvvələrinin növbəti hədəfinin məhz Semelka qapısı olduğu deyilir. Çünki bu bölgə peşmərgə ilə YPG arasında ən mühüm dəhliz hesab olunur. YPG buna görə peşmərgə ilə İraq ordusu arasında bu bölgədə davam edən qarşıdurmalara qoşularaq, kürd silahlılarına dəstək verir.
Qeyd edək ki, Türkiyə hökuməti vaxtaşırı olaraq ABŞ-ın YPG terror təşkilatını silah-sursatla təchiz etməsini tənqid edir və rəsmi Vaşinqtonu bu addımından daşınmağa çağırır. Bu mənada sözügedən sərhəd qapıları uğrunda davam edən əməliyyatlar və qazanılan zəfər Türkiyənin də maraqlarına uyğun gəlir.