Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İraqda 1300 İŞİD xəvaric terror silahlısı təslim oldu

Sentyabr 06
17:33 2017

İraqın Telafer şəhərinin İŞİD terror qruplaşması üzvlərindən təmizlənməsi əməliyyatı zamanı təslim olan yaraqlıların sayı açıqlanıb.

Selefxeber.azReport”a istinadla xəbər verir ki, İraq təhlükəsizlik qüvvələrindəki bir səlahiyyətli şəxsin məlumatına görə, Telafer əməliyyatı nəticəsində əcnəbi əsilli 1300 İŞİD xəvaric terror təşkilatının üzvü təslim olub.

Onların Mosulun cənubunda yerləşən Hamam əl- Əlil Əsgəri bazasında dustaq edildiyi bildirilir.

Yerli polis rəsmisi terrorçuların çoxunun Çeçenistan, Əfqanıstan, Rusiya, Fransa və İngiltərə əsilli olduğunu açıqlayıb.

Telaferdə aparılan əməliyyat ərzində 2 mindən çox İŞİD terrorçusu məhv edilib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun)
“Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər