İraqda İŞİD-ə qarşı YENİ ƏMƏLİYYAT başladı
1. 687 dəfə baxılıb
İraqın Baş naziri Heydər əl-Abadi Havicə və Ənbar şəhərlərinin İŞİD terror təşkilatından azad edilməsi üçün yeni hərbi əməliyyatın başladığını elan edib.
Selefxeber.az-ın “Trend”ə istinadən məlumatına görə, baş nazir İraqın tamamilə İŞİD silahlılarından təmizlənməsinə qədər əməliyyatların davam edəcəyini deyib.
Bu şəhərlərin azad olunması üçün əməliyyatlar “Peşmərgə” qüvvələri ilə birgə aparılacaq.
Qeyd edək ki, ötən həftə H.əl-Əbadi Təl-Afar şəhərinin terrorçulardan azad olunduğunu bəyan etmişdi.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun)
“Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”