Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İşğalçı rejim 2018-ci ilə nə büdcə ilə gedir?

Noyabr 16
17:26 2017

Selefxeber.azNovator.az” saytına istinadən xəbər verir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ rejiminin 2018-ci il üçün büdcəsi açıqlanıb. Novator.az-ın məlumatına görə, büdcənin gəliri layihədə 97 milyard 104 milyon dram (199 milyon dollar), xərcləri 101 milyard 404 milyon dram (207,8 milyon dollar) göstərilir. Layihə 4 milyard 299 milyon dram (8,8 milyon dollar) büdcə kəsiri nəzərdə tutur.

1988-ci ildən Ermənistan Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparmaq üçün təcavüzə başlayıb. 1991-ci ildə erməni separatçılar Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca alovlanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın nəzarətinə keçib.

Digər xəbərlər