İŞİD-çilər Türkiyəyə qaçır
1. 746 dəfə baxılıb
Son vaxtlar ağır məğlubiyyətlərə uğrayan İŞİD xəvaric terror təşkilatının sıralarını tərk edən yüzlərlə terrorçu qaçmaq üçün Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayətinə yerləşir.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, “Qardian” qəzeti son həftələrdə onlarla İŞİD xəvaric terrorçusunun Türkiyəyə girdiyini yazıb. Ölkələrinə qayıtmaq istəməyən terrorçuların gizli yollarla Türkiyəyə girəndən sonra Yaxın Şərqə, Şimali Afrikaya və Avropaya getmək istədikləri bildirilib.
Qəzet İŞİD-in keçmiş üzvlərindən birinin fikirlərinə də yer verib:
“Hazırda İdlibdə xeyli keçmiş İŞİD-çi var. Onlar qaçmaq istəyirlər. Bəziləri ailələrini son dəfə görməkdən ötrü hər şeyə razıdırlar. Artıq heç birimiz İŞİD-ə inanmırıq”.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”