İŞİD-dən ayrılan qızları vətəndə qəbul etmədilər
1. 054 dəfə baxılıb
“Sələf Xəbər” trthaber.com saytına istinadən, bu ilin aprel ayında Suriyaya gedərək İŞİD terror xəvaric qruplaşmasına qoşulduğu iddia edilən 2 gənc qızın evlərinə qayıtmaq istədikləri bildirir.
Avstriyada nəşr edilən “Österreich” qəzetində dərc olunmuş xəbərə əsasən, əslən Bosniyalı olan Səmra Kesinoviç və Sabina Selimoviç şahidi olduqları şiddətin onların xəyallarını puç etdiyini bəyan ediblər.
Avstriyada yaşayan bu iki gənc qız Vyanada tanış olduqları çeçenlərin təsiri altına düşərək cihada qoşulmaq üçün Suriyaya yollanmışdılar. 15 və 16 yaşları olan 2 rəfiqə ailələrinə yazdıqları məktubda “Cənnətdə görüşərik, Allaha xidmət edəcəyik və Onun üçün öləcəyik” ifadələrini işlədiblər.
Digər tərəfdən, vəziyyətlə bağlı açıqlama verən Avstriya Daxili İşlər Nazirliyinin sözçüsü Karl Reinz Qrundboek cihada qoşulmaq üçün Suriyaya gedən qızların ölkəyə qayıtmalarının qeyri-mümkün olduğunu və evlərinə qayıtmağa çox gec qərar verdiklərini bəyan etmişdir.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”