İŞİD-dən azad edilmiş Rakkanın xarabalıqlarının görüntüsü yayılıb – VİDEO
1. 180 dəfə baxılıb
Suriyanın İŞİD xəvaric terrorçularından azad edilmiş Rakka şəhərinin görüntüləri yayılıb.
Selefxeber.az “Eurasiadiary.com”a istinadən xəbər verir ki, şəhərin xarabalıqlarının pilotsuz uçuş aparatından çəkilmiş vidosunu CNN nümayiş etdirib.
Videodan görünür ki, küçələr boşdur, binalar tam və yarımdağılmış vəziyyətdədir.
“Paradise Square” meydanında Bəşər Əsədə müxalif olan Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstək verdiyi ərəb-kürd dəstələri) avtomobilləri hərəkət edir.
Bundan başqa, görüntülərdə şəhərin mərkəzində yerləşən, terrorçuların sonuncu dayaq məntəqəsi olan stadion və hospital binası da yer alıb.
Qeyd edək ki, İŞİD xəvariclərinin “paytaxt” elan etdiyi Rakkanın terrorçulardan azad edildiyi barədə oktyabrın 17-də məlumat yayılıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.