İŞİD-dən əmr alarsa, Obamaya sui-qəsd etməyə hazır olduğunu deyib
821 dəfə baxılıb
ABŞ hökumətinin bildirdiyinə görə, Juraboyev İŞİD terror xəvaric qruplaşmasından əmr alsa, prezident Barak Obamanı qətlə yetirməyə hazır olduğunu ifadə edib.
ABŞ-da prezident Barak Obamaya sui-qəsd etmək, FTB agentləri və polis işçilərini qətlə yetirməyi planlaşdırmaq və İŞİD terror təşkilatına dəstək vermək ittihamı ilə üç nəfər həbs edilib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, rəsmilər Nyu-Yorkda yaşayan üç şəxsdən ikisinin Özbəkistan, birinin isə Qazaxıstan vətəndaşı olduğunu bildiriblər.
ABŞ-ın Ədliyyə nazirliyi hüquq-mühafizə orqanları işçilərinin Qazaxıstan vətəndaşı olan Axror Saidayxmetovun Suriyaya keçmək üçün Türkiyəyə uçan təyyarəyə minməyə hazırlaşdığı zaman Nyu-Yorkda Kennedi beynəlxalq hava limanında həbs edildiyini bildirib. ABŞ rəsmiləri Özbəkistan vətəndaşlarından biri Əbdülrəsul Həsənoviç Juraboyevin Nyu-York-İstanbul reysinə bilet aldığını və gələn ay Birləşmiş Ştatları tərk etməyə hazırlaşdığını bildirib. Rəsmilərin bildirdiyinə görə, Abror Habibov isə Axror Saydaşmetovun İŞİD terror xəvaric qruplaşmasına qoşulmasına kömək göstərib.
Ədliyyə nazirliyi Juraboyevin İŞİD terror xəvaric qruplaşmasından əmr aldığı halda, ABŞ-da terror aktları həyata keçirməyə, Juraboyevin isə “İslam Dövləti” terror xəvaric qruplaşması döyüşçülərinə qoşula bilsə, eyni işi görməyə hazır olduğunu bildirib.
ABŞ rəsmiləri ilk dəfə bu üç şəxslə 2014-cü ilin avqust ayında Juraboyevin İŞİD terror xəvaric qruplaşmasını dəstəkləyən veb səhifədə özbək dilində mesaj yerləşdirməsindən sonra maraqlanmağa başladıqlarını bildiriblər. ABŞ hökumətinin bildirdiyinə görə, Juraboyev İŞİD terror xəvaric qruplaşmasından əmr alsa, prezident Barak Obamanı qətlə yetirməyə hazır olduğunu ifadə edib. Rəsmilərə əsasən, Saidaxmetov Suriyada İŞİD terror xəvaric qruplaşmasına qoşula bildiyi halda, pulemyot alıb polis işçiləri və ABŞ-ın Federal Təhqiqatlar Bürosunun işçilərini öldürmək təklifi verib.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, yuxarıda təsvir edilən hərəkətlərin Islama heç bir aidiyyəti yoxdur. Bu Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salam olsun) yolu deyildir. Peyğəmbər və onun səhabələri heç vaxt belə fəsadla məşğul olmamışlar. Bu insanlar özlərinin “Sünnəyə dəvətlərində” gurultulu və gözəl nitqlər söyləyir, amma onların sözləri əməlləri ilə uyğun gəlmir. Heç bir şübhə yoxdur ki, həqiqi İslam belə fəsaddan uzaqdır.
Belə yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqq sözünü çatdırmaq üçün gəldi.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır. Şübhə yoxdur ki, kamikadzelərin özlərini partlatması və bu zaman dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.
Təəssüf ki, bəzi insanlar dini şüarlardan istifadə edərək fəsadın müxtəlif növlərinə əl atırlar. Bununla (terror aktları və kamikadzelər ilə) əlaqədar olaraq XX əsrin görkəmli sünni alimi, mərhum Əbdül Əziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz” 7/120)