Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD xəvariclərindən xilas edilən Abdullanın qohumları: Onun yolunu gözləyirik

Oktyabr 11
17:32 2017

Bir müddət əvvəl İŞİD xəvaric terrorçularından xilas edilən azərbaycanlı uşaq Abdullanın ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Selefxeber.az-ın xəbərinə görə, “AzVision.az”ın araşdırması zamanı məlum olub ki, 3 yaşlı Abdullanın atası Süleyman Abdullayev Bakının Suraxanı rayonunda yaşayıb, ailə qurduqdan sonra Türkiyəyə köçüb.

İşləmək adı ilə ölkəni tərk edən Süleyman ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb.

İŞİD xəvaric dəstəsinin sıralarına qoşulan Süleyman, həyat yoldaşı İlahə Abdullayeva və övladları partlayış zamanı həlak olublar. Xoşbəxtlikdən Abdulla sağ qalıb.

Əldə etdiyimiz digər məlumata görə, Abdullanın anası ölən zamanı hamilə olub. Onun bətnindəki körpəsi ilə yanaşı, 4 uşağı məlum hadisə zamanı ölüb. Abdullanın böyük bacısı Əsmanın 12 yaşı olub.

İlahə Abdullayevanın dayısı Elçin Zeynalov əməkdaşımızla söhbətində qeyd etdiyimiz məlumatları təsdiqləyib.

“Abdullanın tapılması barədə xəbəri televizordan eşitdik. Onların İraqa getdiklərini bilmirdik. Elə bilirdik ki, onlar Türkiyədə yaşayırlar. İlahə Türkiyədə olanda, onunla tez-tez əlaqə saxlayırdıq. Abdullanın Azərbaycana gətirilməsi ilə bağlı dövlət qurumlarına müraciət etmişik. İlahə və ölən uşaqlarının cənazəsini ölkəyə gətirə bilmədik. Çünki onların meyitləri tapılmadı. Bu yaxınlarda 40 mərasimi olacaq. İlahənin valideynləri bu itki ilə barışa bilmirlər. Anası Səfayənin bu hadisədən sonra səhhəti pisləşib. O, hazırda xəstəxanada müalicə alır. Biz Abdulladan imtina etməmişik. Onun yolunu gözləyirik. Deyirlər ki, Abdulla bir həftəyə Azərbaycana gətiriləcək. Babası Əliqulu Abdullaya sahib çıxmağa hazırdır. Bu, çox ağır dərddir. Heç kimin övladı belə yola getməsin. Nəticəsi ailələr üçün faciə olur”, – Abdullanın qohumu bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib ki, hazırda Abdullanın ölkəyə gətirilməsi üçün danışıqlar aparılır.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! 9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər