İŞİD Dərbənddəki silahlı hücumu öz üzərinə götürüb
765 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması dekabrın 29-dan 30-a keçən gecə Dərbənddəki Narın-Qala yaxınlığında turistlərə edilən silahlı hücumu öz üzərinə götürüb.
“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının Dərbənd hücumunun məsuliyyətini öz üzərinə götürməsi haqda xəbəri isə SİTE monitorinq təşkilatı yayıb.
Təşkilatın Dərbənd hücumunun İŞİD terror xəvaric qruplaşmasının dəsti-xətti olduğunu bildirib.
Xatırladırıq ki, Dərbənddə turistlərə hücum zamanı 1 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdı.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.