İŞİD-ə qarşı döyüşən türkmənlər Azərbaycan bayrağını qaldırdı
1. 180 dəfə baxılıb
İraqın Kərkük şəhərində yerli türkmənlərdən ibarət Könüllü Türkmən Birliyi terrorçu İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə Azərbaycanın dövlət bayrağı ilə iştirak edib.
“Sələf Xəbər” Report”a istinadən xəbər verir ki, birliyin 16-cı briqadası Əmirli yaşayış məntəqəsinin terrorçulardan təmizlənməsi uğrunda gedən döyüşlərdə Azərbaycan bayrağını qaldırıb.
Türkmən döyüşçülər bildirib ki, İraqı terrorçu İŞİD-dən təmizlədikdən sonra Dağlıq Qarabağı da işğaldan qurtarmaq üçün savaşacaqlar.
Məlumata görə, gecə saatlarında türkmənlərdən ibarət könllü birliyin döyüşçülərindən bəziləri boyunlarına Azərbaycan bayrağı və Qarabağ yazılmış şərflər bağlayıblar. Terrorçulara qarşı döyüş 8 saat sürüb. Nəticədə Əmirli ətrafındakı bir sıra strateji təpələr terrorçulardan təmizlənib və İŞİD-in Zərgə çayı yaxınlığındakı düşərgəsindən 30 ədəd tələ-partlayıcısı, minalar, raketlər, silah-sursat aşkarlanaraq, götürülüb.
Türkmənlərdən ibarət Seyid-əl Şühəda briqadasının komandanı Cövdət Asaflı Əmirli deyib: “Bütün türklərə, o cümlədən Azərbaycana, Qarabağa salamlar göndəririk. İnşallah ölkəmizi İŞİD-dən təmizlədikdən sonra gəlib, qardaşlarmıza Qarabağın da işğaldan azad edilməsində yardımçı olacağıq. Azərbaycan və Qarabağ bizi gözləsin. Biz bu gün Əmirlini terrorçulardan təmizlədik. İnşallah Hauiceyi,Telaferi, Mosulu təmizləyib, Azərbaycana da yetişəcəyik. Qanımız, dilimiz, dinimiz birdir”.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))