Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD-ə qarşı mübarizə strategiyası müzakirə olunacaq

İyun 02
13:36 2015

20 ölkənin nazirləri Parisdə bir araya gələrək İŞİD terror xəvaric qruplaşmasına qarşı strategiyanı müzakirə edəcəklər.
İraqın Baş naziri Haider al-Abadi görüşdə iştirak edəcək. ABŞ Dövlət Katibi Con Kerry isə keçirdiyi velosiped qəzasına görə görüşə gələ bilməyəcək.

“Sələf Xəbər” BBC-yə istinadən bildirir ki, görüşün keçirilməsinə İŞİD terror xəvaric qruplaşmasının İraqın Ramadi şəhərini tutduqdan sonra qərar verilib.

Şiə könüllülərin artması ilə İraqda dinlərarası gərginliyin kəskinləşməsi təhlükəsi artıb.
Koalisiya qüvvələrinin İŞİD terror xəvaric qruplaşmasına qarşı hava hücumları gözlənilən nəticəni vermir.

Fransa Xarici İşlər Naziri deyib ki, nazirlər “İraq böhranını həll etmək üçün uzunmüddətli siyasi qərarları” müzakirə edəcəklər.
Görüş 45 polis zabitinin öldürüldüyü İŞİD terror xəvaric qruplaşmasının İraqın Anbar əyalətinə hücumundan bir gün sonra baş tutur.

Hərbi vəziyyətdən başqa görüşdə mədəni irsin qorunması, təqib olunan azlıqların müdafiəsi və qaçqınlar problemləri də müzakirə olunacaq.

Sələf Xəbər: XX əsrin məşhur sünni alimi, İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun, iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər