Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD-ə qarşı Türkiyə-Rusiya birliyi

İyul 04
16:23 2016

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyanın İncirlik hərbi bazasından istifadə edəcəyini açıqlayıb.

Selefxeber.az-ın Axar.az-a istinadən xəbərinə görə, nazir İŞİD-ə qarşı əməliyyatlarda Rusiya ilə birgə hərbi əməliyyatları da istisna etməyib:

“İŞİD-ə qarşı hər kəslə əməkdaşlığa hazırıq. İncirlik bazası terror qruplaşmasına qarşı mübarizə aparmaq istəyənlərə açıqdır. Rusiya ilə bu əməkdaşlıq niyə də olmasın? Bu terror təşkilatı hamımızın düşmənidir. Bu mövzuda Sergey Lavrovun da söylədiyi kimi razılıq əldə olunub”.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər