İŞİD-ə qoşulmaq istəyən 20 çeçen saxlanılıb
Oktyabr 31
18:31
2015
818 dəfə baxılıb
Bu barədə Ramzan Kadırov “İnstaqram” səhifəsində yazıb.
Moskvada Çeçenistan Respublikasının 20 sakini saxlanılıb.
“Sələf Xəbər” A24.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “İnstaqram” səhifəsində yazıb. Onun sözlərinə görə, saxlanılan şəxslər İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyiblər.
“Görülən tədbirlər nəticəsində Moskvada yükboşaltma bazası kimi istifadə olunan mənzil aşkarlanıb. Mənzildə İŞİD terror xəvaric qruplaşması sıralarına qoşulmaq üçün Yaxın Şərqə getməyə hazırlaşan iyirmi gənc saxlanılıb”, – Kadırov yazıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”. (Əl-Buxari)