İŞİD edam məhkumlarına nə üçün narıncı geyindirir?
1. 653 dəfə baxılıb
ABŞ konqresində bu ölkənin Kubada olan “Quantanamo” həbsxanası yenidən müzakirə mövzusu olub.
“Sələf Xəbər”in Milli.Az-a istinadən məlumatına görə, ölkə rəsmiləri çıxışlarında İŞİD terror xəvaric qruplaşmasının edam məhkumlarına təsadüfən narıncı kombinezon geyindirmədiklərini, “Quantanamo” həbsxanasının onlar üçün ilham mənbəyi olduğunu bildiriblər.
Senatın Silahlı Qüvvələr komitəsində çıxış edən Müdafiə Nazirliyinin müşaviri Brayan Makkeon son günlər baş verənlərin “Quantanamo” həbsxanasının dünyanın ən qəddar terrorçularına ilham mənbəyi olduğunun sübutu olduğunu bildirib.
Seçildiyi gündən bəri “Quantanamo” həbsxanasının Amerikanın imicinə ziyan vurduğunu, müttəfiq ölkələrlə münasibətlərdə çətinliklər yaratdığını deyən prezident Obama “Quantanamo” səbəbindən terror təşkilatlarına qoşulanların çox olduğunu deyib.
Sələf Xəbər: Ekstremist-xəvariclərin terror hücumlarından ən çox zərər görmüş ölkələrdən biri olan Səudiyyə Ərəbistan xəvaric ekstremizmi ilə mübarizədə böyük müvəffəqiyyətlərə nail olub. İlk dəfə olaraq məhz Səudiyyə Ərəbistanda terrorçuluqda ittiham edilmiş cinayətkarların reabilitasiyası üzrə xüsusi proqram yaradılıb. Bu proqramın əsas fərqləndirici xüsusiyyəti ondadır ki, ekstremistlərə sadəcə cinayət törətmiş insanlar kimi deyil, ekstremist ideyalarla zombiləşdirilmiş ideoloji-xəstə insanlar kimi baxılır. Bu proqram çərçivəsində, saxlanılan ekstremistlər ümumi həbsxanalara yerləşdirilmir, çünki onlar başqalarını da öz ideyaları ilə yoluxdura bilərlər.
Belə cinayətkarlar üçün ayrı bərpa mərkəzləri yaradılıb, burada onlar ciddi nəzarət altındadırlar. Bu mərkəzlərdə daimi olaraq müsəlman alimləri tərəfindən dərslər keçirilir və bu dərslərdə ekstremist-xəvaric fikirlərinin yanlış və zəlalət olduğu izah olunur. Bu proqram nəticəsində, bir çox terrorçular öz ekstremist-xəvaric nöqteyi-nəzərlərini tərk etdilər, və Səudiyyə Ərəbistanda ekstremizmin yayılma sürəti olduqca zəiflədi.
Çox ölkələr və beynəlxalq təşkilatlar, xüsusilə, BMT Təhlükəsizlik Şurası, bu proqramın fəaliyyətini yüksək qiymətləndirərək dünyanın bütün ölkələrini ekstremizmə qarşı mübarizənin bu metodlarını tətbiq etməyə çağırıblar.