Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD əsiri fotoqraf: “Mənə işgəncə verənə “Cihadçı Con” deyirdilər”

Oktyabr 16
19:08 2015

Yaddaşımda qalan tək an “rəqs etmək istəyirsənmi” deyib məni yerdən qaldırıb, özü ilə oynamağa məcbur etməsi idi.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İŞİD terror xəvaric qruplaşmasının əsirliyində olan danimarkalı fotoqraf Daniel Ray Ottosen çıxış edib.

Onun sözlərinə görə, “Cihadçı Con” ləqəbli terrorçu onu günlərlə tanqo oynamağa məcbur edib.

İŞİD terror xəvaric qruplaşmasının 3,2 milyon dollar müqabilində azad etdiyi fotoqraf yaşadıqlarını nəql edib:

“Suriyada aylarla girovluqda qaldım. Mənə işgəncə verən Məhəmməd Əmvazi adlı terrorçuya orada “Cihadçı Con” deyirdilər. Məni ölümünə döydükdən sonra tanqo oynamağa məcbur edirdi”.

Daniel xatırlayıb ki, gözlərini qaldırıb ona baxmaq imkanı olmayıb: “Ancaq yerə baxırdım. Başımı qaldırıb hər baxanda yenə döyürdü. Odur ki, başımı qabağa əydim, qollarımı yuxarı qaldırdım. Hücrənin içində məni sürüdü və yerə fırladıb təkrar yenə döydü. Sonra əlindəki bıçaqla burnumu kəsməklə hədələdi”.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər