Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD ilə mübarizə üsulları Fransada müzakirə ediləcək

Avqust 21
15:17 2014

APA-nın“Le Monde” qəzetinə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti Fransua Olland “İslam Dövləti” (İŞİD) qruplaşmasına qarşı mübarizə mövzusunda müzakirələrin aparılması üçün beynəlxalq konfrans çağırıb. Konfransın tarixi və iştirakçıların tərkibi barədə məlumat açıqlamayıb.

F. Olland terrorçu qruplaşmaya qarşı qlobal strategiyanın hazırlanmasının vacibliyi vurğulayıb: “Biz artıq müdaxilə və ya qeyri-müdaxilə məsələsinin ənənəvi müzakirəsinə uzun müddət davam edə bilmərik. Biz yaxşı silahlarla təchiz olunmuş, maliyyə vəsaiti olan, Suriya, Livan, İraq kimi dövlətlərdə nəzarəti ələ almaqda olan bir qrupla mübarizə aparmaq üçün qlobal strategiya hazırlamalı və mübarizə aparmalıyıq. Düşünürəm ki, 2001-ci ildən bu zamanadək rastlaşdığımız ən pis vəziyyətdir”.

 Sələf Xəbər: Şeyx Səd əl Humeyd (Allah onu qorusun) buyurmuşdur: “İŞİD qruplaşması təkfir etməyi və qan tökməyi cəm edib halal görür. Onlar elə bir şəhər yoxdur ki, ora daxil olub fəsad törətməsinlər.”

Digər xəbərlər