İŞİD-in başçıları Suriyanın Rakka şəhərindən qaçır
Mart 29
16:00
2017
1. 059 dəfə baxılıb
Terrorçu İŞİD qruplaşmasının rəhbərləri Suriyanın Rakka şəhərindən qaçmağa başlayıb.
Selefxeber.az “Al-Arabiyaya” istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə təşkilatı məlumat yayıb.
İnformasiyaya əsasən, son sutkada İŞİD-in onlarla fəalı ailə üzvləri ilə birlikdə qayıqla Fərat çayından keçiblər.
Xəbərdə bildirilib ki, bu terrorçuların Rakkadan qaçışının ikinci dalğasıdır. Təxminən iki həftə əvvəl İŞİD-in 300-ə yaxın daha aşağı vəzifəlisi şəhəri tərk edib. Onların bir hissəsinin Suriyanın Dirəz-Zur əyalətinə, digər hissəsinin isə şərqi Hama bölgəsinə qaçdıqları ehtimal edilir.