İŞİD-in çirkin pul mənbəyi – Orqan ticarəti
1. 194 dəfə baxılıb
Beynəlxalq qüvvələr tərəfindən müxtəlif təzyiq və hərbi müdaxilələr qarşısında böyük maddi itkilərlə üzləşən İŞİD xəvaric terror qruplaşması, alternativ maddi mənbə olaraq edam etdiyi şəxslərin orqanlarını satmaqla məşğuldur.
Selefxeber.az “Alarabiya”ya istinadən xəbər verir ki, terror qruplaşması hər gün edam etdiyi şəxsləri edamdan dərhal sonra təcili halda xəstəxanaya çatdırır ki, həmin adamların orqanlarını çıxarıb sata bilsin.
Britaniyanın “Daily Mail” qəzetinin yaydığı məlumatda İŞİD-in bu iş üçün xaricdən mütəxəssis həkimlər gətirdiyi deyilir. Mütəxəssiz həkimlər orqanları çıxardıqdan sonra onları gizli mafiyalar vasitəsi ilə böyük məbləğ müqabilində xarici ölkələrə satırlar.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”