İŞİD-in ələ keçirdiyi Əl-Bab şəhəri tamamilə mühasirəyə alınıb
1. 270 dəfə baxılıb
Terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Suriyanın Əl-Bab şəhəri tamamilə mühasirəyə alınıb.
Selefxeber.az-ın məlumatına görə, “Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri məlumat yayıb.
Xəbərdə bildirilib ki, Türkiyə Silahlı Qüvvələri şəhərin şərq, qərb və şimalından, Suriyadakı Bəşşər Əsəd rejiminə aid silahlılar isə cənub hissədən Əl-Babı mühasirəyə alıblar.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”