Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD-in maliyyə dəstəyinin qarşısına 4 sədd çəkilir

Mart 21
19:56 2015

“Sələf Xəbər” “əl-Arabiyyə” kanalına istinadən xəbər verir ki, İŞİD terror xəvaric qrupunun maliyyəsi ilə mübarizə qrupu İtaliyanın paytaxtı Romada 2015-ci il Martın 19-u və 20-si birinci konfransını keçirdib. Həmin konfransa 26 dövlətin iştirakı ilə Səudiyyə Ərəbistanı, İtaliya və ABŞ başçılıq edir. Konfransın məqsədi İŞİD terror xəvaric qruplaşmasının maliyyə mənbəyinin qarşısını almaq və bu barədə məlumatlar əldə etməkdir.

Sözügedən bu CİFG qrupunun yaradılması İŞİD terror xəvaric qruplaşmasına qarşı olan koalisiya dövlətlərinin səylərinin bir hissəsidir.

CİFG qrupunun məqsədi:

1. İŞİD terror xəvaric qruplaşmasının qeyri nizami pul köçürmələri ilə yanaşı beynəlxalq maliyyə sistemindən istifadəsinin qarşısını almaq.

2. İŞİD terror xəvaric qruplaşmasının pul, neft, kənd təsərrüfatı məhsulları, qədim abidələr, dəyərlər və iqtisadi mallar kimi aktiv və iqtisadi ehtiyatların qəsbinin və istismarının qarşısını almaq.

3. İŞİD terror xəvaric qruplaşmasının istər donorlar, istər radikal döyüşçülər vasitəsilə, istərsə də adam oğurlayaraq fidyə kimi əldə edikləri xarici maliyyə dəstəyinin qarşısını almaq.

4. Qruplaşmanın beynəlxalq ambisiyasını genişləndirmək məqsədilə İraq və Suriya xaricindəki İŞİD terror xəvaric qruplaşması tərəfdarlarının etdiyi maddi dəstəyinin qarşısını almaq.

İŞİD terror xəvaric qruplaşmasının maliyyə və iqtisadi fəaliyyətləri ilə mübarizə aparmaq üçün CİFG qrupu konfranslarını davamlı keçirmək niyyətindədir. Artıq gələn konfransın May ayının əvvəllərində Səudiyyə Ərəbistanında keçirilməsi qərara alınıb.

Sələf Xəbər: XX əsrin məşhur sünni ilahiyyatçısı, mərhum İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər