İŞİD-in neft tədarükünə cavabdeh adamı öldürülüb
761 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasının İraq və Suriya ərazilərində neft tədarükünə cavabdeh olan şəxsi öldürülüb.
Selefxeber.az bildirir ki, APA “Reuters”ə istinadən xəbər verir ki, daha çox “Hacı Həmid” adı ilə tanınan Sami Cassim əl-Cəburi adlı terrorçu köməkçisi ilə birlikdə İraqın Suriya ilə həmsərhəd Əl-Kaym şəhərinin yaxınlığında məhv edilib.
Məlumata görə, əməliyyat İran kürdlərindən ibarət silahlı qruplaşma və ABŞ xüsusi təyinatlıları tərəfindən birgə həyata keçirilib.
Məlumatda həmçinin qeyd olunur ki, əməliyyat İraq hökuməti ilə razılaşdırılıb və əməliyyatda İraq ordusu da iştirak edib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir:
“Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”