Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD-in qanlı filmlərini portuqaliyalı gənclər idarə edir – FOTO

Fevral 07
15:39 2015

İŞİD terror xəvaric qruplaşmasının düzəltdiyi edam videolarının dəqiq və yüksək keyfiyyətlə çəkilməsi və bunun arxasında duranların kimlər olması bir çoxlarında suallar doğurur.

“Sələf Xəbər” “əl-Ənbə” qəzetinə istinadən xəbər verir ki, İngiltərənin “Sandi Times” qəzeti İŞİD terror xəvaric qruplaşmasının başkəsmə videolarını idarə edən əslən Portuqaliyadan olan, lakin İngiltərəyə köçən beş gəncin şəxsiyyətini üzə çıxardıb.

Qəzetin dediyinə görə, bu komandaya başçılıq edən 28 yaşlı, 4 uşaq atası Neyro Sarayevo Londona köçüb bir neçə il orada yaşamış və 2012- ci ildə Suriyaya gedərək İŞİD terror xəvaric qruplaşmasına qoşulmuşdur.

Qəzetdə bildirilir ki, Neyro digər beş gənc ilə Londonun şərqində yaşamış və uzun müddət həmin o beş gəncin başkəsmə filmlərində əsas rolu olduğunu iddia edən İngiltərənin Təhlükəsizlik idarələri tərəfindən nəzarət altındı olmuşdur.

Bu beş gənc Londona köçməklə İslam dinini qəbul etmiş və elə orada da radikallaşmışlar.

Qəzetin araşdırmasına görə, Neyronun film çəkməklə əlaqəsi onun İyul ayında amerikalı Cemisin edamından 39 gün qabaq “Twitter”dəki yazısından sonra az qalır ki, doğru olsun. O, öz yazısı ilə ABŞ-a mesaj göndərərək demişdi ki, qruplaşma yeni film çəkəcək və o filmdə iştirak edən aktyorlara da təşəkkür etmişdi.

Qəzetin yazdığına görə, bu beş gənc futbol həvəskarıdır. Onlardan Fabyo Bukas adlanan 22 yaşlı biri 2012-ci ildə bacarıqlı futbolçu olmaq üçün öz istəyi ilə Leşbonadan Londona köçüb. Bundan əvvəl isə Portuqaliyanın “Sporting Lisbon” adlı məşhur klub akademiyasında olub.

Həmçinin, Salsu Rodorigz De Kosta adlı digər futbolçu gənc də var ki, qəzetin araşdırmasına görə o, İngiltərənin “Arsnal” klubunun tərkibində digər mərhələyə keçməsi üçün imtahan vermişdir. Lakin sözügedən klub bu xəbəri inkar edib.

📷

1-1217 3-835 2-1063

 Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir və ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şəriyyə fi kadayə əl-asriyyə” 47)

Digər xəbərlər