İŞİD-in qərbi nüvə silahı ilə vurmaq planı
723 dəfə baxılıb
Yurqen kitabı birbaşa aldığı məlumatlar əsasında yazdığını deyib.
İraqın və Suriyanın bir hissəsini işğal altında saxlayan “İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması qərbi nüvə silahı ilə vurmaq üçün planlar hazırlayır.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bu fikirləri alman jurnalist Yurqen Todenhofer iddia edib. İŞİD terror xəvaric qruplaşması silahlıları ilə birlikdə 10 gün keçirən jurnalist terrorçuların planları barədə hazırladığı “İŞİD ilə 10 gün” (Inside IS- Ten Days In The Islamic State) kitabında məlumat yazıb.
ABŞ-ın Yaxın Şərq siyasətini tənqid etdiyi üçün İŞİD terror xəvaric qruplaşması ilə rahat təmas qurduğu bildirilən 75 yaşlı Todenhofer qruplaşmanın qərbdə silsilə nüvə hücumlarına hazırlaşdığını iddia edib.
Bölgəyə getməzdən əvvəl İŞİD terror xəvaric qruplaşması üzvləri ilə aylar boyu Skype vasitəsi ilə görüşdüyünü və məlumatlar aldığını deyən alman yazar qruplaşmanın hər hansı bir elektronik cihaza izn verməməsi səbəbindən əlində qeyd olunmuş hər hansı bir material olmadığını bildirib. Silahlılarla üz-üzə görüşdüyünü deyən Yurqen kitabı birbaşa aldığı məlumatlar əsasında yazdığını deyib.
Bölgəyə getməzdən əvvəl İŞİD terror xəvaric qruplaşmasının internetdə yayılmış vəhşi videolarına baxaraq bu səfərə hazırlaşdığını deyən alman jurnalist həqiqətin daha dəhşətli olduğunu vurğulayıb.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.