İŞİD insanları bu yolla öz sıralarına cəlb edir – qanlı pullar!
846 dəfə baxılıb
BMT-nin məlumatına əsasən, İŞİD xəvaric terror qruplaşması öz sıralarına həmyaşıdlarını cəlb edənlərə minlərlə dollar pul ödəyir.
“Sələf Xəbər”in xarici mediaya istinadən məlumatına görə, BMT ekspertləri Brüselldə keçirilən mətbuat konfransında bildiriblər ki, İŞİD xəvaric terror qruplaşması komandirləri İraq və Suriyada hərbi əməliyyatlarda iştirak etmək üçün sıralarına döyüşçü cəlb edən tərəfdarlarına 10 000 ABŞ dolları ödəyir.
“Bizim İŞİD sıralarına kimləri cəlb etməsindən asılı olaraq tərəfdarlarına 2000, 3000 və hətta 10 000 dollar ödəndiyi haqqında məlumatımız var”, – BMT-nin müvafiq məsələ üzrə komitə sədri, polşalı hüquq müdafiəçisi Elizbieta Karski öz çıxışında bildirib.
“Əgər kimsə yüksək təhsilli həkimlər və ya kompyuter mütəxəsisslərini cəlb edirsə, ona daha çox pul ödənir”.
Elizbeta Karskinin sözlərinə görə, ekstremistlər öz sıralarına yeni döyüşçülər cəlb etmək üçün sosial şəbəkələrdən, dost və yaxınlardan istifadə edirlər.
Qərbi Avropa ölkələrinə səfərindən sonra Karski və onun həmkarları öyrəniblər ki, Avropa İttifaqına üzv dövlətlərindən ən çox Suriya və İraqa gedənlər Belçikadan olub. Bu ölkədən 500 xarici döyüşçü İŞİD xəvaric terror qruplaşması sıralarına qoşulub.
İB Times xəbər verir ki, ABŞ-ın gizli kəşfiyyat araşdırmasının son məlumatlarına görə, 2011-ci ildən 100-dən çox ölkədən 30 000 xarici vətəndaş İŞİD xəvaric terror qruplaşması sıralarına qoşulmaq üçün Suriya və İraqa axın edib. Son 12 ayda isə qruplaşmaya qoşulanların sayı iki dəfə artıb. Bu da onu göstərir ki, beynəlxalq səylər yeni döyüşçülərin cəlb olunma prosesini yavaşlada bilmir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir.”