İŞİD İranı ələ keçirməklə təhdid etdi
1. 209 dəfə baxılıb
“İslam dövləti” terror qruplaşması İranın ünvanına təhdidlər səslənən video paylaşıb.
Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” xəbər verir ki, bu barədə İranın xəbər telekanalı İRİNN məlumat yayıb.
Məlumata görə, internetdə 37 dəqiqəlik çarx yerləşdirilib, bu çarxda üç İŞİD yaraqlısı fiqurantlıq edir. Abu Faruq əl-Farsi adlı birinci yaraqlı farsdilli nümayəndə, ikinci özünü Abu Modcahed əl-Baluşi beluca xalqının adından, üçüncü isə Abu Saad əl-Əhvazi ərəbdilli əhalinin adından çıxış edir.
Onlar İran İslam Respublikasının hakimiyyətini kafir adlandırır və əhalini iğtişaşlara, diversiya və silahlı hücuma çağırır.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”